"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı qabonlu futbolçuya 4 ərəb klubu elçi düşüb.
Qeyd edək ki, forvard "Çelsi"yə 2022-ci ildən "Barselona"dan keçib. Başa çatan 2022-2023-cü illər mövsümündə Obameyanq 15 oyunda meydana çıxıb və cəmi 1 qol vurub.
Xatırladaq ki, Kriştianu Ronaldunun "Əl-Nəsr"ə keçidindən sonra fəallaşan Səudiyyə Ərəbistanı klubları Obameyanqla yanaşı, Anxel Di Mariya, Luka Modriç, Nqolo Kante, Roberto Firmino, Jordi Alba, Serji Buskets, Neymar, Toni Kroos kimi oyunçuları, eləcə də məşçqilərdən Joze Mourinyu və Massimiliano Alleqrini də çempionata gətirmək niyyətindədirlər.
Röya