"Vest Hem"in hücumçusu Canluka Skamakka bu yay A Seriyasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, İtaliya millisinin üzvü "Roma"nın hədəfindədir.
Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Xəbərə görə, İngiltərə klubunun heyətində yerini möhkəmlədə bilməyən Canluka da vətəninə qayıtmaq niyyətindədir.
"Roma" 24 yaşlı forvardı uzun müddətlik sıradan çıxan Temmi Abrahama əvəzedici olaraq görür.
Qeyd edək ki, Canluka "Roma"da çıxış edib. Belə ki, 2009-cu ildə "Latsio"da futbola başlayan Skamakka 2012-ci ildə "Roma"nın 13 yaşlılardan ibarət komandasında futbolun sirlərini öyrənib. Peşəkar karyerası dönəmində isə "Sassuolo", "Kremoneze", "Askoli" və "Cenoa" kimi İtaliya klublarının şərəfini qoruyub. 2022-ci ildə "Vest Hem"ə keçən forvard cəmi 2 oyunda meydana çıxmaq şansı qazanıb.
Röya