Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində səfərdə Portuqaliya "Benfika"sı ilə qarşılaşan "Zalsburq" qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu görüşdə Avstriya klubu Çempionlar Liqası tarixinin ən gənc start heyətini meydana çıxarıb.
Belə ki, Benfika ilə matçda "Zalsburq" futbolçularının orta yaşı 21 yaş 183 gün olub. Ən yaşlı avstriyalı oyunçunun 27, digərinin 24 yaşı var, qalanları 19-22 yaş aralığında olub.
Qeyd edək ki, "Zalsburq" ötən gecə baş tutan matçda "Benfika"ya qalib gəlib (2:0).
Mirağa