Londonun “Tottenhem” klubunun futbolçusu olan argentinalı yarımmüdafiəçi Covani lo Çelso Premyer Liqanı İspaniya La Liqasına dəyişə bilər
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı cənubi amerikalının transferində "Betis" maraqlıdır. İspaniya klubu yanvarda Covaninin transferi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
Lo Çelso 2020-ci ilin iyulundan "Tottenhem"də çıxış edir. Onun London klubu ilə hazırki müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədər hesablanır. Argentinalının transfer qiyməti 15 milyon avrodur.
Yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında bir oyun keçirib.
Mirağa