"Real Madrid"in yarımmüdafiəçiləri Luka Modriç ilə Toni Kroos komandadakı durumlarından narazıdırlar.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Relevo" yayıb.
Xəbərə görə, Modriç və Kroos əvvəlki kimi komandada liderlik etmək istəyirlər. Bununla belə, "Real"ın rəhbərliyi baş məşqçi Karlo Ançelottiyə daha çox gənc futbolçulara güvənməyi tapşırıb.
Qeyd edək ki, 2023/2024 mövsümünün əvvəlində həm Luka Modriç, həm də Toni Kroos daha çox ehtiyat oyunçular skamyasında qalmaqla diqqət çəkirlər.
Mirağa