İngiltərənin "Arsenal" klubu lideri və hücumameyilli yarımmüdafiəçisi Martin Edeqor ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı norveçli pleymeykerlə "təkmilləşdirilmiş şərtlərlə "yeni uzunmüddətli müqavilə" imzalandığı elan olunsa da, konkret müddət göstərilməyib.
Bununla belə, Britaniya KİV-i Edeqorun “Arsenal”la yeni müqaviləsinin müddətinin 2028-ci ilin yayına kimi nəzərdə tutulduğunu vurğulayır.
Mirağa