“Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında 7-ci turun oyununda “Əl-Əhli”ni məğlub edib.
Fanat.Az xəbər verir ki, 7 qolun vurulduğu matçda Kriştianu Ronaldu dubla imza atıb.
Onun qolları komandasına 4:3 hesablı qələbə qazandırıb.
Ümumilikdə, portuqaliyalı ulduzun hesabında artıq 9 qol var.
"Əl-Nəsr" çempionatda 5-ci yerə yüksəlib və liderdən cəmi 3 xal geri qalır.