PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.
Fanat.Az xəbər verir ki, o, Liqa 1-in 6-cı turunda "Olimpik Marsel"lə matçda xəsarət alıb.
Meydana start "11-lik"də çıxan ulduz futbolçu 32-ci dəqiqədə zədələndiyi üçün yerini Qonçalo Ramosa buraxmaq məcburiyyətində qalıb.
Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçın ardından Kilianın zədəsi ilə bağlı sualı cavablandırıb: “Aldığı zədə o qədər də ciddi deyil. Ağrıları olduğu üçün əvəzlənməsi daha məntiqli idi. Ancaq ciddi bir şey yoxdur".
Qeyd edək ki, Mbappe cari mövsüm bütün turnirlərdə 5 matça çıxaraq 8 qol vurub.
Nihat