"Olimpik Marsel"in müdafiəçisi Samuel Jiqo Liqa 1-in 6-cı turunda PSJ-dən aldıqları 0:4 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "One football" onun dediklərini belə çatdırıb:
"Çox erkən qol buraxdıq və planımız iflasa uğradı. PSJ-yə qarşı oynayan komanda matça belə köklənə bilməz. Əlbəttə, onlara hörmət edirik. Təbii ki, yaxşı futbolçuları var... Amma ikinci hissədə nəsə etməyə hünərimiz çatmadı. Belə oynayandan sonra bəhanə gətirməyə ehtiyac yoxdur. Bizdən üstün oynayıb qalib gəldilər".
Nihat