"FourFourTwo" dünya futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini tərtib edib.
Fanat.Az xəbər verir ki, birinci yeri “Mançester Yunayted”dəki uğurlu karyerası ilə tanınan şotlandiyalı mütəxəssis Aleks Ferqyuson tutub.
O, 1986-2013-cü illərdə “qırmızı şeytanlar”ı çalışdırıb.
Reytinqdə ikinci yeri Rinus Mişels tutub, ilk "üçlüy"ü isə Yohan Kroyff tamamlayıb.
Bütün zamanların ən yaxşı "onluğ"una həmçinin bu mütəxəssislər salınıb: Bill Şenkli, Pep Qvardiola, Arriqo Sakki, Mett Basbi, Helenio Herrera, Ernst Happel, Valeri Lobanovski.
Portuqaliyalı Joze Mourinyu 12-ci, italiyalı Karlo Ançelotti isə 17-ci olub.
Mirağa