Ötən həftə Türkiyə millisindən istefaya göndərilən Stefan Kuntsun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsinin qadınlardan ibarət əsas milli komandasının baş məşqçisi olacaq.
Məlumatı "Sport Bild" yayıb.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2021-ci ilin sentyabrından Türkiyə millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 20 matçda 12 qələbə qazanıb, 5 dəfə məğlub olub.
Mirağa