"Şalke" rəhbərliyi komandanın baş məşqçisi Tomas Raysı istefaya göndərib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.
Xatırladaq ki, "Şalke" İkinci Bundesliqada çıxış edir. Sözügedən komanda 7 tura 7 xal toplayıb və hazırda turnir cədvəlinin 16-cı pilləsində mövqe tutub.
Nihat