"Barselona"nın idman direktoru Deku son "Atletiko Madrid"dən icarəyə götürülən yarımmüdafiəçi Joau Feliksdən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" Dekunun dediklərini belə çatdırıb:
“Mən onu karyerasına Portuqaliyada başlayandan tanıyıram. Feliks həmişə xüsusi futbolçu sayılıb, özünəməxsus keyfiyyətlərə malik olub. Onun bizimlə olmasına şadam. Maraqlıdır ki, Joaunun qiyməti barədə çox, performansı haqda isə az danışırlar. Əsas odur ki, xoşbəxt olsun. O, komandaya həm meydanda, həm də paltardəyişmə otağında fayda verir”.
Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Barsa” forması ilə 5 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat