"FourFourTwo" 2000-ci illərin ən yaxşı futbolçularının reytinqini tərtib ediblər.
Fanat.Az xəbər verir ki, qalib “Barselona”nın və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyodur.
İkinci yerdə Fransa millisinin və “Real”ın sabiq futbolçusu Zinəddin Zidan qərarlaşıb. İlk "üçlüy"ü digər braziliyalı Kaka tamamlayıb.
İlk "10-luğ"a həmçinin, Tyerri Anri (Fransa), Kriştianu Ronaldu (Portuqaliya), Xavi Ernandes (İspaniya), Ronaldo (Braziliya), Andres İnyesta (İspaniya), Zlatan İbrahimoviç (İsveç), Lionel Messi (Argentina) daxil edilib.
Mirağa