İngiltərənin "Nyukasl" klubu ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, cinah oyunçusu Harvi Barns zədə səbəbindən 3 aylıq sıradan çıxıb.
Bu barədə "The Athletic"ə "Nyukasl"ın baş məşqçisi Eddi Hau məlumat verib. O, Barnsın sentyabrın 24-də "Şeffild Yunayted"ə 8:0 hesabı ilə qalib gəldikləri oyunda zədə aldığını bildirib.
"Harvi təxminən 3 aya yaxın bizimlə olmayacaq. Bu qırıq deyil. Hansı tibbi termindən istifadə edəcəyimi bilmirəm. Bu qeyri-adi zədədir və biz bunun necə baş verdiyinə görə bir az çaşqınıq. Əməliyyata ehtiyac yoxdur, bu yaxşı xəbərdir. Amma onun ayağı indi xüsusi çəkmədədir. Bu, ayaq barmağının altındakı zədədir, artıq sağalmağa başlayıb. Barnsın ayağının müəyyən müddət istirahətə ehtiyacı var. Biz onun sağalmasını gözləyəcəyik".
“Nyukasl” bu yay Barnsı “Lester”ə 44 milyon avro ödəyərək transfer edib. O, 7 matçda meydana çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa