“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” komandası klub rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi tarixində birinci dəfə Bundesliqanın ilk 6 turunda 16 xal toplayıb.
Komanda son olaraq 6-cı turda “Maynts” üzərində 3:0 hesablı qələbə qazanıb. Xabi Alonsonun yetirmələri 5 qələbə, 1 heç-heçə ilə yadda qalıblar.
Hazırda Bundesliqada liderlik edən “Bayer” 7-ci tur çərçivəsində oktyabrın 8-də “Köln”lə qarşılaşacaq.