"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Heyberq "Yuventus"a keçmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Turin klubu danimarkalını Pol Poqbanın əvəzləyicisi kimi nəzərdən keçirir. Fransız futbolçu uzun müddətə diskvalifikasiya oluna bilər.
"Yuventus" Poqba ilə müqaviləni ləğv etmək qərarına gəlsə, Heyberq onun yerinə əsas namizəd olacaq. Danimarkalı Turin klubunun marağından xəbərdardır və İngiltərədən İtaliyaya köçməyə hazırdır. O, Londondakı hazırkı durumundan razı deyil.
Bu mövsüm 28 yaşlı yarımmüdafiəçi hər matça orta hesabla 13 dəqiqə meydanda keçirib. O, yanvarda "Tottenhem"dən ayrılmaq istəyir.
Mirağa