"Yuventus" rəhbərliyi komandanın müdafiəçisi Federiko Qatti ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Turin təmsilçisinin idarəçilərinin arxa xətt oyunçusu ilə razılığa gəldiklərini və onun yeni müqaviləyə imza atacağını diqqətə çatdırıb. Qattinin yeni anlaşmasının müddətinin 2028-ci ilə qədər nəzərdə tutulacağı vurğulanıb.
Xatırladaq ki, Federiko 2022-ci ilin yayından "Yuventus"dadır. İndiyədək "qoca sinyora"nın forması ilə bütün turnirlərdə 33 matça çıxan 25 yaşlı futbolçu 3 qol vurub.
Nihat