"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali qanunsuz mərcdə günahını etiraf etməyə hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, günahını ettikdən sonra belə, futbolçunu ən azı 18 ay müddətinə diskvalifikasiya gözləyir. Tonali özünü təqsirli bilməyəcəyi təqdirdə, ən azı üç il müddətinə futboldan kənarlaşdırılacaq.
İşin digər iştirakçısına gəlincə, "Yuventus"un yarımmüdafiəçisi Nikolo Facoli böyük ehtimalla 10-18 ay aralığında cəzalandırılacaq. Bu onunla bağlıdır ki, futbolçu dərhal hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb və istintaqa vacib məlumatlar verib.
İstintaq hazırda Tonalinin indiki və keçmiş komandalarının matçları ilə bağlı mərc edib-etmədiyini yoxlayır. Futbolçunun özü bunu etmədiyini deyir, lakin o, yalan danışmış olsa, diskvalifikasiya müddəti xeyli artacaq.
Mənbə Tonalinin qumar asılılığından müalicə olunacağı da bildirib.
Mirağa