Fransa millisinin sabiq müdafiəçisi Marsel Desayi PSJ-nin hücumçusu Kilian Mbappenin "Mançester Siti"yə mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Qael Klişi deyir ki, Mbappe "Siti"də adından söz etdirər, amma məncə, onun üçün asan olmaz. Fikrimcə, bu, qəribə səslənir. Mbappenin "Mançester Siti"nin oyun üslubuna uyğun gəldiyini düşünmürəm. Orada olduqca yüksək intizam var. Biz Fransada deyirik ki, "Siti"nin oyun tərzi fərdi keyfiyyətləri ikinci planda saxlayır. Onlar bir qayda olaraq paslaşır və hərəkət edirlər. Silva və Qriliş "9 nömrə" qismində oynaya bilirlər. Amma bu fəlsəfə Qvardiola tərəfindən "öldürülüb". Pep istəyir ki, onlar öz yerlərində qalsınlar, topu qəbul edəndən sonra sürətlərini göstərsinlər. Eyni zamanda topu itirirlərsə, dərhal geri almalıdırlar. Mbappe belə etmir. Kiliana top vəziyyəti dəyişmək üçün lazımdır. O, top futbolçudur, ancaq "Mançester Siti" üçün deyil".
Nihat