DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru yığmasını 2:0 hesabı ilə üstələyən Argentina millisinin qələbəsinə dublla töhfə verən Lionel Messi yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı superulduz Cənubi Amerika seçmə mərhələlərinin ən yaxşı bombardiri olub.
Perunun qapısına bir oyunda 2 dəfə yol tapan Messi vurduğu qolların sayını 31-ə çatdıraraq Uruqvay yığmasının forvardı Luis Suaresi (29 qol) geridə qoyub.
4 oyuna 12 xal toplayan Argentina qrup lideridirsə, 2-ci pillədə Uruqvay (7 xal) mövqe tutub.
Messi millidə 2005-ci ilin 17 avqust tarixində debüt edib. O, 18 il ərzində seçmə komandada 178 matça çıxaraq 106 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat