"Jirona"nın müdafiəçisi David Lopes "Almeriya" ilə oyundan (5:2) sonra oyunun hakimi Migel Anxel Ortis Aryasla bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football Espana" onun dediklərini belə çatdırıb:
"Belə oynamaq çətindir. O, sənə meydanda hörmət qoymur, səni təhqir edir. Çıxış yolu budur ki, referiyə fikir vermədən öz oyununa köklənəsən. Ancaq hakimin davranışı vəziyyəti çətinləşdirir. Biz - La Liqada çıxış edən futbolçular onu artıq yaxşı tanıyırıq".
Mənbə La Liqanın Texniki Komitəsinin sözügedən hakimin idarə etdiyi qarşılaşmanın videoyazısına baxdığını, lakin futbolçuları təhqir etməsi ilə bağlı sübut tapmadığını vurğulayıb.
Nihat