"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino yarımmüdafiəçilər Entso Fernandes və Moyses Kaysedonun fiziki durumunu şərh edib.
Fanat.Az xəbər verir ki, "The Sun" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Çərşənbə günü Cənubi Amerikadan qayıdan oyunçuların şənbə günü oynamalı olması dəlilikdir. Entso və Kaysedo yorulmuşdular. Amma mən onlara fasilə verib oynamağa qoymasaydım, siz jurnalistlər məni öldürərdiniz. Onda klubun sahibi də belə edəcəkdi”.
Qeyd edək ki, “Arsenal”la qarşılaşmada (2:2) argentinalı və ekvadorlu futbolçular 90 dəqiqə meydanda olub. Entso Fernandes "SofaScore" tərəfindən 10 ballıq şkala ilə 6,8, Moyses Kaysedo isə 6,6 balla qiymətləndirilib.
Mirağa