"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips bu qış komandanı tərk etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 27 yaşlı Fillips daha çox oynaya biləcəyi kluba keçmək istəyir. Mənbə, onun yanvara qədər əsas heyət uğrunda mübarizəyə köklənəcəyini, istəyinə çatmayacağı halda, yanvarda iş yerini dəyişməyə çalışacağını vurğulayıb.
Fillips "Mançester Siti"yə 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer olunub. Cari mövsüm "şəhərlilər"in forması ilə 3 Premyer Liqa matçına çıxan orta xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat