"Ayaks"ın və Niderland millisinin sabiq hücumçusu Rafael van der Vart Amsterdam təmsilçisinin uğursuz çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Voetbal International" onun dediklərini belə çatdırıb:
"Məşqçi Moris Teyn çox dəhşətli duruma düşüb. Klub nəyi dəyişməli olduğunu anlamasa, vəziyyətdən çıxmaq çətin olacaq. Siz daha "Ayaks" deyilsiniz. Anlamaq lazımdır ki, bu komanda daha rəqibindən güclü deyil, onu rəqibindən güclü edəcək keyfiyyətləri yoxdur. Hətta yaxşı futbolçular da səviyyələrini itirirlər. Bir az pis səslənir, amma indi elitadan düşməyə namizəd kimi fikirləşmək lazımdır. Bəli, çox kədərlidir, amma həqiqətdir. 115 milyon avro ilə onlar asanlıqla çempion olmalıdırlar. Mən Steyni qovmazdım, çünki meydana ona uyğun olmayan futbolçular çıxır".
Xatırladaq ki, Eredivizyanın ilk 7 turunda 5 xal toplaya bilən "Ayaks" turnir cədvəlinin 17-ci pilləsindədir.
Nihat