Patrik van Leunun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq "Şaxtyor"a baş məşqçi təyin edilən Dario Srnanın bu postu kimə təhvil verəcəyi açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Donetsk təmsilçisinin bosniyalı mütəxəssis Marino Puşiçə tapşırılacağı bildirilib.
Son vaxtlar 52 yaşlı Puşiç Niderlandın "Feyenoord" klubunda Arne Slotun köməkçisi qismində fəaliyyət göstərib. O, baş məşqçi kimi yalnız 2017-2019-cu illər aralığında "Tvente"də çalışıb.
Qeyd edək ki, hazırda "Şaxtyor" Ukrayna Premyer Liqasının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.
Nihat