"Özünü elə göstərib ki, indi hamı Vircil van Deykdən həmişə yüksək səviyyəli oyun umur".
Fanat.Az "Belfast Telegraph"a istinadən xəbər verir ki, bunu "Liverpul"un sabiq kapitanı Sami Hyüpya deyib.
Fin veteran mersisaydlıların indiki kapitanının - niderlandlı mərkəz müdafiəçisinin bu mövsüm adından söz etdirəcəyinə əmin olduğunu açıqlayıb:
"Əlbəttə, uzun müddət eyni tempi qorumaq çox çətindir. Ancaq Vircilin işləri qaydasındadır. O, komandanın vacib parçası, "Liverpul"un kapitanıdır. Bir az səbr etmək lazımdır, məncə, van deyk özünü ən yaxşı tərəfdən göstərəcək. Bu mövsüm bir neçə oyunda hələ də əvvəlki səviyyəsində olduğunu isbatlayıb. Vircilin cari mövsüm ən yaxşı mərkəz müdafiəçisi olacağına şübhə etmirəm".
Van Deyk 2018-ci ilin yanvarından "Liverpul"dadır. Arxa xətt oyunçusu bu yay mersisaydlıların kapitanı təyin edilib.
Nihat