Amerikanın "Los Anceles Qalaksi" klubu məşhur futbolçu, 33 yaşlı braziliyalı Duqlas Kosta ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, klub ulduz futbolçunun gedişini rəsmən açıqlayıb .
Braziliyalının MLS təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb, tərəflər yeni anlaşma imzalamayıblar.
Duqlas Kosta 2022-ci ilin əvvəlindən "Los Anceles Qalaksi"də çıxış edirdi. O, MLS-də 2 mövsüm ərzində 45 oyun keçirib və 7 qol vurub.
Futbolçunun Səudiyyə Ərəbistanı klubu "Əl-Şəbab"dan təklif aldığı bildirilir. Ərəblərin Kosta ilə maraqlanmasını tanınmış insayder Fabritsio Romano təsdiqləyib.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü "Şaxtyor" (Donetsk), "Bayern Münhen, "Qremio" və "Yuventus"da da oynayıb.
Mirağa