"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike La Liqanın 11-ci turu çərçivəsində keçiriləcək "el klasiko"dan danışıb.
Fanat.Az xəbər verir ki, "ESPN Deportes" onunj dediklərini belə çatdırıb:
"Yaxşı şou gözləyirəm. Çünki bu, "Barselona" - "Real" matçıdır və insanlar xüsusi matç arzulayırlar. Bu elə oyundur ki, dünyadakı bütün futbol azarkeşləri üçün başqa hiss, başqa ehtirasdır. Ümid edək ki, "Barselona" qələbə qazanacaq. Axı "Barsa" öz meydanında oynayacaq. Xavinin komandasının yaxşı oyunu və nəticələri var. Evdə oynamasaydı belə, "Barselona" favoritdir. Ümumi baxsaq da, komanda şəklində "Real"dan üstündür".
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması oktyabrın 28-də keçiriləcək.
Nihat