"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali futbol matçlarına mərc qoyuluşu etdiyi üçün 10 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası rəsmən açıqlama yayıb.
Həmçinin, İtaliya millisinin futbolçusu qumar asılılığından 8 aylıq müalicə kursu keçəcək.
Beləliklə, Tonali AÇ-2024-ü buraxacaq və gələn ilin avqustunda yaşıl meydanlara qayıdacaq.
Tonali həmçinin qumar asılılığının mənfi təsiri ilə bağlı ictimaiyyət qarşısında 16 çıxış etmək məcburiyyətində qalacaq. 23 yaşlı yarımmüdafiəçinin bu cəzası onun FFI prokuroru ilə razılaşmasının nəticəsidir. Hansı ki, onun bir hissəsi olaraq Tonali günahını etiraf edib.
Tonali qanunsuz mərc oynadığı üçün diskvalifikasiya edilən ikinci futbolçudur. Bundan əvvəl Nikolo Facoli "Yuventus"dan 7 ay müddətinə uzaqlaşdırılıb .
Mirağa