Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində evdə PSV-yə 2:3 hesabı ilə uduzaraq pley-off şansını itirən "Sevilya"nın müdafiəçisi Serxio Ramos məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" təcrübəli futbolçunun dediklərini belə çatdırıb:
"Çempionlar Liqasında hər şeyi xırda detallar həll edir. Matça yaxşı başlamışdıq, meydanda dominantlıq edirdik. Belə durumda qırmızı vərəqə almaq bizim üçün ölüm oldu. Onlar bizi necə üzəcəklərini bilidrilər.
Azarkeşlərin narazılığı? İndi bu barədə danışmaq çətindir. Ən yaxşısı yaxşı nəticələr qazanmaqdır, ancaq təəssüf ki, bu mənada vəziyyət yaxşı deyil. İnsanların qınağını başa düşürəm. İrəli baxmalı və növbəti oyun haqda düşünməliyik. Bu, dəhşətdir, çünki yaxşı imkanı əldən verdik. Reallıq budur ki, hazırda yetərincə çox uduzuruq".
Xatırladaq ki, "Sevilya" 2:0 hesabı ilə öndə olduğu qarşılaşmanın 66-cı dəqiqəsində azlıqda qalıb. Lukas Okampos meydandan qovulandan sonra Niderland təmsilçisi oyunu çevirməyi bacarıb.
Nihat