"Real Madrid"in və Braziliya yığmasının hücumçusu Rodriqo argentinalı superulduz Lionel Messi ilə insident yaşaması ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Messi ilə insident? Bu barədə danışa bilmərəm. "Real" icazə vermir".
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Argentina millisi səfərdə Braziliyanı 1:0 hesabı ilə məğlub edib. Noyabrın 22-də keçirilən, tribunalardakı çaxnaşma səbəbindən yarım saat gec başlayan həmin qarşılaşmadan öncə Rodriqo və Messi arasında gərginlik yaşanıb.
Nihat