"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Yeni İldən sonra "Kral Klubu"nun eniş yaşamaq ehtimalı ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, italiyalı çalışdırıcı fikirlərini Madrid təmsilçisinin rəsmi saytına bölüşüb:
"Mümkün eniş? Sabah nə olacağını dəqiq demək çətindir. Futbol çox tez dəyişir. Yaxşı dönəmlər geridə qalır, pis periodlar gəlir... Bunu öncədən planlaşdıra bilmərik. Bilirik ki, nə vaxtsa pis dönəm başlayacaq. Ancaq indiki tempi qorumaq üçün əlimizdən gələni edirik".
Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real" çalışdırır. Paytaxt təmsilçisi onun rəhbərliyi altında La Liqanın, Çempionlar Liqasının, İspaniya Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
Nihat