"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində dünən keçirilən matçdan - "Nyukasl"a 0:1 hesabı ilə uduzduqları səfər qarşılaşmasından sonra cinah hücumçusu Markus Raşfordun çıxışını dəyərləndirməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, ESPN niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Raşfordun oyunu ilə bağlı mətbuat nümayəndələri ilə yox, onun özü ilə danışacam. Yalnız onu deyə bilərəm ki, Raşford çox işləyir və əvvəlki formasını bərpa edəcəyinə inanıram. İndiki dönəmdə Markusa lazım olan dəstəyi əsirgəmirik".
Xatırladaq ki, raşford "sağsağanlar"la görüşün 61-ci dəqiqəsində əvəzlənib.
Nihat