"Nyukasl"ın qapıçısı Nİk Poup İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində "Mançester Yunayted"ə qarşı keçirdikləri matçda ciddi xəsarət alıb.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ı 1:0 hesabı ilə yendikləri qarşılaşmanın 86-cı dəqiqəsində zədələndiyi üçün əvəzlənən qolkiper dörd-beş ay yaşıl meydanlardan kənarda qalacaq.
Mənbə "sağsağanlar"ın böyük ehtimalla, yeni qapıçı axtarışına çıxacağını vurğulayıb.
Xatırladaq ki, 14 tura 26 xal toplayan "Nyukasl" İPL-in turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat