"Real Madrid"in sabiq müdafiəçisi, hazırda "Fluminense"nin formasını geyinən Marselo "Kral Klubu"nda onu hansı futbolçuların təəccübləndirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Madrid Zone" onun dediklərini belə çatdırıb:
"Real"da məni ən çox təəccübləndirən iki oyunçu olub - İsko və Luka Modriç. İsko karyerasına futzalla başlamışdı. Onun məşqlərdə etdiklərini necə bacardığını hələ də tam anlaya bilmirəm. Modriç də həmçinin. Bəziləri Lukanın "Qızıl top"a layiq olmadığını deyirlər? Bu, mənasız yanaşmadı. Modriç "Qızıl top"a layiq idi".
Xatırladaq ki, Marselo "Real"ın heyətində 5 dəfə Çempionlar Liqasının, 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə İspaniya Superkubokunun, 3 dəfə Avropa Superkubokunun qalibi olub.
Nihat