Moskva MOİK-i İtaliyanın C Seriyasında mübarizə aparan "Triestina"ya rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı "Trivenet Goal" yayıb.
Xəbərə görə, Rusiya təmsilçisi sözügedən komandanın dayaq yarımmüdafiəçisi Omar Korreyaya elçi düşüb. Mənbə "hərbçilər"in 23 yaşlı fransalıya görə qarşı tərəfə 3,2 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. İsveçrənin "Sürix" və Macarıstanın "Ferentsvaroş" klublarının da Omarla maraqlandıqları, lakin onu 2,5 milyon avrodan baha qiymətə almağı planlaşdırmadıqları da diqqətə çatdırılıb.
Maraqlıdır ki, "Transfermarkt" rusların 3,2 milyon avroya istədiyi futbolçunun transfer qiymətini 8 dəfə ucuz - 400 min avro ilə dəyərləndirir.