"Arsenal"ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri İngiltərə Premyer Liqasının ən yaxşı müdafiəçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Metro" onun dediklərini belə çatdırıb:
"Hazırda "Arsenal"ın müdafiəçisi Vilyam Saliba İngiltərə Premyer Liqasında bütün müdafiəçilərdən üstündür. Birəbir mübarizələrdə çox effektlidir, arxasındakı boş zonanı çox yaxşı bağlayır, bir sözlə, hər şeyi yüksək səviyyədə edir. Vilyam icarə əsasında "Olimpik Marsel"də oynayanda Fransada işləyirdim. Həmin vaxt mənə "Arsenal"ın onu niyə heyətdə saxlamaması təəccüblü gəlirdi. Saliba o vaxtdan "Arsenal"ın ən yaxşı müdafiəçisi idi. Hərçənd qayıtdı və icarəyə göndərilməsinin səhv addım olduğunu hamıya göstərdi. İndi o, İPL-in bütün müdafiəçilərindən güclüdür".
Qeyd edək ki, cari mövsüm İPL-də 15 oyuna çıxan 24 yaşlı Saliba 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat