Braziliya çempionu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Kruzeyro” ilə səfərdə 1:1 hesablı bərabərliyə razılaşan “Palmeyras" ardıcıl 2-ci dəfə A Seriyasının qalibi olub.
Səkkizqat ölkə çempionu "Santos" isə tarixində ilk dəfə B Seriyasına düşüb. Sözügedən komanda sonuncu - 38-ci turda "Fortaleza"ya uduzaraq (1:2) elita ilə vidalaşıb.
Qeyd edək ki, bu, "Palmeyras"ın 12-ci çempionluğudur.