“Latsio”nun baş məşqçisi Mauritsio Sarrinin aqibətinin necə olacağı açıqlanıb.
Fanat.Az “Tuttosport”a istinadən xəbər verir ki, 2021-ci il iyun ayından paytaxt klubunu çalışdıran çalışdırıcı mövsümün sonunda istefaya göndərilə bilər.
Xəbərə görə, Roma klubu rəhbərliyin ünvanına tənqidi fikirlər səsləndirən mütəxəssislə vidalaşmaq niyyətindədir. Mənbə klub bosslarının yeni baş məşqçi axtarışında olduqlarını vurğulayıb.
Qeyd edək ki, hazırda 40 xalı olan "Latsio" A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.