"Real Madrid" braziliyalı cinah hücumçusu Vinisius Junior üçün 200 milyon avroluq təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbə adı açıqlanmayan klubun 24 yaşlı Vinisiusa görə İspaniya nəhənginə 200 milyondan artıq pul ödəməyə hazır olduğunu, ancaq "Real"dan "yox" cavabı aldığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm 28 oyuna çıxan Vinisius bu qarşılaşmalarda 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.