İtaliyalı müdafiəçi Mattia Kaldara "Milan"dakı taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu cari mövsümün sonunda Milan təmsilçisindən azad agent qismində ayrılacaq.
Bu mövsüm "qırmızı-qaralar"ın gənclərdən ibarət kollektivində 2 oyun keçirən Kaldara aldığı zədə səbəbindən "Milan"ın əsas komandasında 1 görüşə belə, çıxmayıb.