"Barselona"nın mərkəz hücumçusu Vitor Roke ilə bağlı planları məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Ferran Korrea məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubu braziliyalı oyunçunu yay transfer pəncərəsində icarəyə vermək qərarına gəlib. Yaxın günlərdə klub rəhbərliyi 19 yaşlı forvardı bu barədə məlumatlandıracaq.
Roke ötən qış "Barselona"ya keçib. Futbolçu bütün turnirlərdə 13 matçda meydana çıxıb və 2 qol vurub.
Onun "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. "Transfermarkt" hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Mirağa