"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş yayda komandasını dəyişməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə ingiltərəli jurnalist Saymon Filips məlumat yayıb.
Mənbənin məlumatına görə, "Çelsi" gözünü "şəhərlilər"in ulduzuna dikib.
İlk iki mövsümdə "Mançester Siti" üçün əsas fiqur olmasına baxmayaraq, bu mövsüm Pep Qvardiolanın rəhbərliyi altında az şans qazanan futbolçu da təklifə isti yanaşır. Bu mövsüm cəmi üç qol və üç məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi Mançester klubundakı gələcəyini qeyri-müəyyən görür.
"Çelsi"nin yeganə narahatlığı transfer qərarlarına təsir edə biləcək maliyyə və tənzimləmə problemidir. Qrilişə olan marağa baxmayaraq, London klubu hələlik maliyyə məhdudiyyətlərinə uyğun gələn hədəflərə diqqət yetirmək məcburiyyətindədir.
Xatırladaq ki, Qrliş 2021-ci ildən "şəhərlilər"in uğurları üçün çalışır. Onun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Mirağa