İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç ukraynalı Aleksandr Usiklə döyüş ərəfəsində britaniyalı boksçu Tayson Fyuriyə müraciət edib.
Fanat.Az xəbər verir ki, hazırda "Milan"da prezidentin məsləhətçisi qismində çalışan İbra sosial şəbəkə hesablarında belə yazıb:
"Yaxşı hazırlaşdığına ümid edirəm. Əla görünürsən. Döyüşdən zövq al. Əminəm ki, sən adətən etdiyini edəcəksən. Tarix yazacaqsan. Sənə özün olmağı arzulayıram. Rinqə çıx və bizi sevindir. Şənlən və mütləq həmişəki kimi qələbə qazan. Biz isə səni izləyəcəyik. Özünü qoru".
Xatırladaq ki, 42 yaşlı İbrahimoviç peşəkar futbolçu karyerasını 2023-cü ilin yayında bitirib.
Nihat