Boksçu Maqomed Kurbanov özbəkistanlı İsrail Madrimovla WBA versiyası üzrə Ər-Riyadda keçirəcəyi dünya çempionluğu uğrunda döyüş ərəfəsində Kriştianu Ronaldu ilə görüşüb.
Fanat.Az xəbər verir ki, Kurbanovun portuqaliyalı superulduzla nə danışdığını "RCC Boxing Promotions" şirkətinin rəsmi saytı belə çatdırıb:
"Zala gedərkən döyüş, çəki atmaq və başqa şeylər ətrafında söhbət etdik. Mənə qarşıdakı döyüşdə uğurlar arzuladı. Nə vaxtsa rinqə çıxıb-çıxmyacağını soruşdum. Cavabı belə oldu: "Yox, mən ancaq oynayıram".
Xatırladaq ki, Kurbanovla Madrimov "Knockout Chaos" çərçivəsində martın 8-də üz-üzə gələcəklər.