"Bayern Münhen"in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik yeni mövsümdə "Barselona"ya rəhbərlik edəcək.
Fanat.Az "Diario Sport"-a istinadən xəbər verir ki, alman mütəxəssis yeni mövsümdə Xavinin alacağından 30 faiz az maaşa işləməyə razılaşıb.
Flik kataloniyalıların iqtisadi problemlərinin olduğunu anlayışla qarşılayıb. Alman mütəxəssislə kataloniyalılar 2 illik müqaviləni razılaşdırıblar.
Flikin son iş yeri 2023-cü ilin sentyabrında tərk etdiyi Almaniya millisi olub.