"Börnli"nin baş məşqçisi Vinsent Kompani "Bayern Münhen"ə təyinat almağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, hazırda klublar arasında danışıqlar davam edir.
"Bayern"in Kompaniyə görə "Börnli"yə 10-15 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.
Vinsent özü Münhen komandası ilə 2027-ci ilə qədər müddətə müqavilə imzalamağa hazırdır.
Mirağa