Müdafiəçi Aleks Sandro "Yuventus"dan rəsmən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, braziliyalı futbolçu Turin komandasını burada 9 il çıxış etdikdən sonra tərk edib.
Klubun onunla belə vidalaşıb: “Bu, doqquz il davam edən bir hekayədir. Doqquz il ərzində min bir təcrübəni, sevinci, çətinlikləri və bayramları birlikdə yaşadıq. Dünən kimi görünür, amma birlikdə doqquz il keçdi, 327 matç keçirildi və 12 kubok qazanıldı. Bu gündən etibarən Aleks Sandro tariximizin daha da böyük bir hissəsinə çevrildi. Hər şey üçün Aleksə təşəkkür edirik”.
Aleks Sandro 2011-ci ilin iyulunda "Yuventus"a "Portu"dan keçib. 33 yaşlı futbolçu ötən mövsüm 18 matça çıxıb və 1 qol vurub.
Mirağa