"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini "Napoli"ni çalışdırmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Football Italia"-ya açıqlamasında xəbəri təsdiqləyib.
“Atalanta"ya sadiqəm və burada işləməyə davam edəcəyəm. De Laurentis ("Napoli"nin prezidenti - red.) məni uzun illər gördüyüm işlərə görə qiymətləndirir, bu, çox gözəldir. Lakin onun məndən başqa daha bir neçə variantının olduğunu düşünürəm. Əminəm ki, “Napoli” gələcəkdə əla komanda quracaq, axı onların möhkəm təməli var”.
Qasperini 2016-cı ildən "Atalanta"nın "sükanı arxası"ndadır. Onun rəhbərliyi altında berqamolular son Avropa Liqasının qalibi olublar.
Mirağa